Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb.
Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.
Terefsiz.az ın xəbərinə görə, Məhəmməd D. anası Esma S.-ə 11 bıçaq zərbəsi endirib.
Anasını ölümcül yaraladıqdan sonra cinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.
Qan içində qalan qadını qonşuları tapıb.
Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.
21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.
Polis cinayətkarı axtarır.