Narkotik maddə satmaqda təqsirləndirilən jurnalist barəsində həbs qətimkan tədbiri seçilib

0
255

Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Terefsiz.az saytının xəbərinə görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Qərara əsasən, Ş.Ağacan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Ş.Ağacan Bakı şəhəri ərazisində marixuana satarkən saxlanılıb.

Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.

İstinad: Report.az

Terefsiz.az