NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır

0
79

NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb

Kolomina Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən narahatlığını bildirib.

Onun sözlərinə görə, bu insident danışıqlar masası arxasında həll edilməmiş məsələlərin həllinin aktuallığını nümayiş etdirir.

Xatırladaq ki, martın 5-də səhər saatlarında qanunsuz erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları Şəhriyar Ramiz oğlu Əlibəyli və Eşqin Cəmil oğlu Hüseynov şəhid olub.

terefsiz.az