NATO Gürcüstana xüsusi status verib

0
80

NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib.

“Terefsiz.az”ın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze Potidə Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Şaradzenin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələri NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

terefsiz.az