NATO Moldovaya silah tədarükünü müzakirə edir

0
96

NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edirlər.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass “The Daily Telegraph” qəzetinin saytında dərc olunmuş müsahibəsində bildirib.

“Mən Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Biz müttəfiqlərimizlə müvafiq müzakirələr aparırıq”, – deyə Truss bildirib.

O, Moldovaya Rusiyadan gələn hərbi təhlükənin buna səbəb olub-olmadığı sualına da müsbət cavab verib.

 

TEREFSİZ.AZ