“NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir”.
“Terefsiz.az” xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina tviterdə bildirib.
“Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir. Bu bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndiririk”, – alyans nümayəndəsi qeyd edib.
Good news to see our partners discussing border delimitation, a must to increase security on the ground. #NATO supports the normalisation of relations between 🇦🇲 & 🇦🇿, and welcomes #EU efforts towards that end, including hosting this talks and launching recently the @EMCAP https://t.co/dzOCghxZWj
— Javier Colomina (@JavierColominaP) November 3, 2022