NATO: Rusiya ABŞ aviabazasına zərbə endirə bilər.

0
225

Rusiyanın “Kinjal” hipersəs raket kompleksinin daşıyıcısı olan “MİQ-31 K” qırıcıları Amerikanın Qrenlandiyanın Şimalında yerləşən Tuladakı aviabazasına zərbə endirə bilər.

 

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Danimarkanın “Berlingske” nəşri yazır.

NATO-nun təsisçilərindən olan Danimarkanın ən qədim qəzetlərindən biri belə bir nəticəyə Rusiyanın Frans-İosif Torpağı arxipelaqında döyüş təyyarələri üçün nəzərdə tutulmuş uçuş-eniş zolağını müasirləşdirməyinə fikir verməklə gəlib.

Nəşrdə qeyd edilir ki, Rusiyanın hərbi gücünü artırmaq üçün uzun illər göstərdiyi səyləri hazırda öz bəhrəsini verməyə başlayıb.

“Berlingske” yazır ki, Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetsov”da dekabr ayında baş verən yanğından sonra, müxtəlif çətinliklərə baxmayaraq, təmir işlərinin aparılması bunu bir daha sübut edir.

Terefsiz.az