Naxçıvanda könüllü sığorta ödənişləri 1,5% artıb

0
280

Bu ilin yanvar-mart ayları üzrə Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmaların həcmi açıqlanıb.

Terefsiz.az saytının Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk rübündə Naxçıvanda sığorta növləri üzrə daxilolmaların həcmi 1 mln. 392 min 300 manat olub. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 215 min 300 manat və ya 13,4% azdır.

Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 1,5% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1 mln. 607 min 600 manat olub.

İstinad: Report.az

Terefsiz.az