Nazarbayev bu təşkilatın fəxri sədri ola bilər

0
262

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının fəxri sədri titulunu ala bilər.

Terefsiz.az xəbər verir ki, bu haqda təşkilatdakı mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Nəşrin həmsöhbəti qeyd edib ki, təşkilatda Nazarbayevə belə bir titul vermək barədə qərar qəbul ediblər, çünki, məhz o ittifaqın yaradılması ideyasının müəllifi idi. İndi bu vəzifə mövcud deyil və buna görə də Qazaxıstanın sabiq prezidentinin hansı səlahiyyətlərə malik olacağı məlum deyil.

Terefsiz.az