“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”.
“Terefsiz.az”ın xəbərinə görə, bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır: “Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”.