Nazir müavini koronavirusdan sağaldı

0
122

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadze koronavirusdan sağalıb.

Bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

Y.Nozadze üç həftəlik müalicə kursu keçəndən sonra bu gün xəstəxanadan evə buraxılıb. Onun koronavirusa yoluxan iki övladı da müalicə olunaraq sağalıb.

Müəyyən olunmuş qaydalara görə, xəstəxanadan buraxılan şəxslər iki həftəlik təcrid vəziyyətində qalmalıdırlar və yalnız bu müddət keçdikdən sonra normal həyata qayıda bilərlər.

istinad:oxu.az