Nazir: Nəzarət-kassa aparatlarının quraşdırılması ictimai nəzarəti gücləndirəcək

0
135

Hazırda nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin ən mühüm mərhələsi başa çatmaq üzrədir.

Terefsiz.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

M.Cabbarov bildirib ki, yaxın zamanlarda 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi əlavə dəyər vergisinin (ƏDV) məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesinə də başlanılacaq:

“Bu, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri- rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir”.

Könül Cəfərli

istinad:oxu.az