Hazırda nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin ən mühüm mərhələsi başa çatmaq üzrədir.
Terefsiz.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
M.Cabbarov bildirib ki, yaxın zamanlarda 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi əlavə dəyər vergisinin (ƏDV) məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesinə də başlanılacaq:
“Bu, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri- rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir”.
Könül Cəfərli
istinad:oxu.az