Nazir: “Yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib”

0
305

“Azərbaycan təhsilinin iki hekayəsi var. 1 milyon 4 mindən çox təhsil alanın özünəməxsus kabineti var. 128 min təhsilverən isə bu qeydiyyatdan keçib”.

 

TEREFSİZ.AZ sayti xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, yanvarda 6 milyon 200 min onlayn dərs keçirilib:

 

“Bu dərslərin keçirilməsində müəllimlərin böyük əməyi var. Onlayn təhsil şəbəkəsi bizə imkan verir ki, hansı çətinlikləri yaşadığımızı görək. Bu bizim problemli hekayəmizdir. Sentyabr-yanvar ayında 3 000 teledərs təqdim edilib. Distant təhsil bu gün bizim seçimizimiz yox, verilmiş vəziyyətdə ən yaxşı həll yoludur”.

 

TEREFSİZ.AZ