Livan nazirini müşayiət edənlərdən biri atışma nəticəsində həlak olub. Bu haqda Livanın NNA agentliyi bildirib.
Məlumata görə, naməlum silahlıların hücumundan sonra nazirin mühafizəçiləri ilə atışma baş verib. Nəticədə, naziri müşayiət edənlərdən 3-ü yaralanıb, onlardan biri ölüb.
***
20:20
Livanın qaçqınların işləri üzrə naziri Saleh əl-Qaribin avtomobil korteji naməlum silahlılar tərəfindən atəşə tutulub.
Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirin özü NNA agentliyinə bildirib.
Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Atəş nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.
Nazir qeyd edib ki, kortej Kabr-Şamun kəndinə hərəkət edirdi.
Terefsiz.az