Nazirlər Kabinetindən qərar: Tətillər ləğv edildi

0
215

 

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Dərs ili ərzində müəyyən edilən tətillər ləğv edilib.

Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.

Terefsiz.az