Nazirlik: Bakıda binada baş verən yanğına görə xəstəxanaya yerləşdirilənlər evə buraxılıblar.

0
177

 

Terefsiz.az saytıxəbər verir ki, Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən  bildirilib ki, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib:

“5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar”.

İstinad: report.az

Terefsiz.az