Nazirliyin əməkdaşı ölü tapıldı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ağayar Nəsirov iş otağında ölmüş vəziyyətdə aşkarlanıb.
Terefsiz.az saytı xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.
İstinad: oxu.az
Terefsiz.az