Nebahat Çehre ağır xəstəlikdən əziyyət çəkir

0
214

Türkiyəli aktrisa Nebahat Çehrenin alzheimer xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Terefsiz.az xəbər verir ki, bu barədə 76 yaşlı aktrisaya yaxın mənbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, Nebahetin xəstəliyi irəliləyib və aktrisa daha çox unutqan olub. Dostları onu müalicə almağa razı salmaq istəsələr də, sənətçi tibbi yardım almaq istəmədiyini bildirib.

Qeyd edək ki, Nebahatın alzheimer xəstəliyindən əziyyət çəkməsi haqda ilk dəfə 2013-cü ildə məlumat yayılmışdı. Lakin aktrisa bu barədə xəbərləri təkzib etmişdi.