“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşü “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun son dəqiqəsində qonaqlar hesabı azaldıb. Nəticədə, “Neftçi” bir top üstünlüyü ilə qalib gəlib.
“Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) – 2:1
Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı: “Bakcell Arena”
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.