Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Terefsiz.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxacaq. Roberto Bordinin komandası Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.
Qeyd edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.
18 iyul
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova)
İlk oyun – 3:0
Baş hakim: Yulian Vaynbeger (Avstriya)
Bakı. “Bakcell Arena”
İstinad: Publika.az
Terefsiz.az