Terefsiz.az saytı xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz “Neftçi”nin də pley-offdakı potensial rəqibləri məlum olub.
“Ağ-qaralar” 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdırsa, pley-offda “Malmö” (İsveç) – “Jrinski” (Bosniya və Qerseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
Terefsiz.az