Neftin qiyməti iki gündə 19 faiz artdı.

0
185

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% – 13% artıb.

Terefsiz.az saytı “RİA “Novosti” – yə istinadən xəbər verir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib.

Məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 19,1% artaraq bir barel üçün 71,62 dollar təşkil edib.

WTI markalı neftin noyabr fyuçersləri 15,8% artıb və 63,47 dollara çatıb.

Xatırladaq ki, dünyanın ən böyük neft ixracçısı olan Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumdan sonra hasilatı 2 dəfə azaltmağa məcbur olub.

Terefsiz.az