ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Pelosinin ofisi məlumat yayıb.
Nensi Pelosinin səfəri sentyabrın 19-dək davam edəcək.
Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşəcək.