Nepomnyaşi şahmat tacı uğrunda dueldə qələbə qazanaraq yenidən hesabda önə keçib

0
75

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

“Terefsiz.az” xəbər verir ki, beşinci qarşılaşma Nepomnyaşinin qələbəsi ilə başa çatıb.

33 yaşlı qrossmeyster ağ firuqlarla 48-ci gedişdə rəqibini məğlub edərək, ümumi hesabda yenidən önə keçib – 3:2.

Qeyd edək ki, şahmatçılar arasında 1 və 3-cü qarşılaşmada bərabərlik qeydə alınıbsa, ikinci görüşdə rusiyalı, dördüncü dueldə isə çinli iti zəka sahibi qələbə qazanıb.

terefsiz.az