Xərçəng xəstəliyi səbəbilə vəfat edən türkiyəli Neslihan Taya abidə qoyulub.
Sosial media fenomeni olan gənc qıza qoyulan abidə Bodrum bələdiyyəsinin qarşısında yerləşdirilib.
Terefsiz.az saytı xəbər verir ki, heykəlin müəllifi Mustafa İşeri onunla bağlı yayılan xəbərlərdən çox təsirləndiyini və bu səbəblə də onu ölümsüzləşdirmək istədiyini bildirib.
Qeyd edək ki, 4 il əvvəl ayağının birini itirən Neslican xəstəliyinə baxmayaraq, hər zaman pozitiv paylaşımları ilə eyni xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmuşdu. Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
Terefsiz.az