Netanyahudan gözlənilməz bəyanat
” Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Suriyadakı hədəflərə zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm “.
TASS – a istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.
“ Ərazimizin atəşə tutulmasına dözmək niyyətində deyilik və bizə qarşı istənilən təcavüzə böyük qüvvə ilə cavab verəcəyik. Bu, yürütdüyüm davamlı siyasətdir və biz bunu İsrailin təhlükəsizliyi naminə etməkdə davam edəcəyik ”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bu gecə İsrail ordusu Suriyadakı hədəflərə zərbə endirib. Suriyanın SANA agentliyinin məlumatına görə, nəticədə 3 suriyalı hərbçi ölüb, yeddi nəfər yaralanıb.
Terefsiz.az