Neymar zorlamada ittiham olunur
Fransanın “Pari Sen-Jermen” klubunun futbolçusu Neymar zorlamada ittiham olunur.
Bu barədə Terefsiz.az saytı UOL portalına istinadən xəbər verir.
Portalın məlumatına əsasən, adının çəkilməyini istəməyən qadın Neymarın onu Parisdə zorladığını bildirib.
Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransanın paytaxtındakı hotellərdən birində baş verib. Lakin qadın polisdə ərizəni Braziliyaya qayıtdıqdan sonra yazıb, belə ki, o, emosional sarsıldığını və yad ölkədə polisə müraciət etməkdən qorxduğunu bildirib.
Polisin müraciətlə bağlı faktı təqdiqlədiyi qeyd edilir.
Terefsiz.az