Niderland səfiri: “Azərbaycanın külək enerjisinin inkişafı üçün perspektivləri var”

0
115

“Azərbaycan külək enerjisinin inkişafında perspektivlərə malikdir”.

“TEREFSİZ.AZ” xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Paulin Eyzema Bakı Enerji Forumunda deyib.

Onun sözlərinə görə, Niderland bərpa olunan enerji mənbələri sahəsində lazımi təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.

P.Eyzema qeyd edib ki, sentyabrda Amsterdamda alternativ energetika ilə bağlı tədbir keçiriləcək və bu tədbirə Azərbaycanın müvafiq qurumları da dəvət olunub.

 

 

TEREFSİZ.AZ