Niderlandda 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib

0
2099

Niderland hökuməti dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.

Bu barədə “Terefsiz.az” “De Telegraaf” nəşrinə istinadən xəbər verir.

Belə ki, Nazirlər Şurası ölkənin Səhiyyə Nazirliyinin hazırladığı və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan əsasnaməni qəbul edib. Bununla da 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib.

Bundan əvvəl evtanaziya üçün protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilirdi.

Qeyd edək ki, Belçika ilk ölkədir ki, 2014-cü ildən sağalmaq ümidi olmayan və çox əziyyət çəkən 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.

terefsiz.az