Nikahdankənar azərbaycanlı övladı Rusiyanın xalq artistini məhkəməyə verir

0
167

Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov atası olduğu iddia etdiyi Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzeni məhkəməyə verməyə hazırlaşır.

Terefsiz.az xəbər verir ki, bu barədə “Teleprogramma.pro” portalı məlumat yayıb.

“Mən atalığın müəyyən olunması ilə bağlı onu məhkəməyə verirəm. O, məni müalicə etməlidir. Hər kəs bacarır (ədəbsiz ifadə) və atsın. Qoy hər kəs əməli barədə düşünsün. Mənim xəstəliyim var, heç kimin isə vecinə deyil”, – deyə Timur bildirib.

Qeyd edək ki, Nikolay Tsiskaridze Rusiyada ən məşhur balet rəqqaslarından biridir. Bir çox həmkarları kimi, o da bütün həyatını səhnəyə həsr edib, buna görə həyat yoldaşı və övladı yoxdur.

Bir müddət əvvəl 19 yaşlı azərbaycanlı Timur Əkbərov sənətçinin qeyri-qanuni oğlu olduğunu söyləmişdi. Onun sözlərinə görə, balet ulduzu onu hələ də balaca vaxtı atıb.

Timur atası olduğu iddia etdiyi rəqqasla görüşə bilməyib. Dediyinə görə, xoreoqraf onu “qara siyahı”ya salıb.

Gənc, eyni zamanda atasına DNA testi ilə bağlı müraciət etdikdən sonra anasının onu evdən qovduğunu, bu səbəbdən daimi yaşayış yeri olmadığını deyib.

Hazırda Əkbərov tək qalıb. Hətta xəstə olduğunu öyrəndikdə belə, anası onunla barışmayıb. Onun sözlərinə görə, xəstəxanadan anasına zəng ediblər, lakin qadın dəstəyi asıb. O, bu səbəbdən qadının onun doğma anası olduğuna şübhə ilə yanaşdığını vurğulayıb, çünki ən çətin anında ona dəstək olmaqdan imtina edib.

Gəncin sözlərinə görə, ona xərçəng diaqnozu qoyulub. İndi müalicə üçün atasından kömək tələb etmək istəyir. O, hətta diaqnozun göstərildiyi sənədi də təqdim edib, lakin mütəxəssislər onun saxta olmadığına şübhə ilə yanaşırlar.

Timur təslim olmayacağını və Tsiskaridze ilə qohumluğunu sübut etməyə çalışacağını deyib.