Nikol Paşinyan təcili Minskə uçdu
Hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Belarus tərəfindən yardım almaq ümidi ilə Minskə uçub.
ATƏT və KTMT-dən heç bir kömək almadığı üçün çıxılmaz vəziyyətdə qalan, Azərbaycan-Ermənistan sərhədində təxribatlara başlayan baş nazir yardım üçün tələsir.
Qeyd edək ki, iyulun 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə artilleriya zərbələri ilə hücum etməyə cəhd göstərib.