Nikol Paşinyanın dəstəklədiyi namizəd seçkidə uduzub

0
159

Ermənistanın Kotayk vilayətinin mərkəzi Abovyan şəhərinin yerli özünüidarəetmə orqanına seçkidə ölkənin baş naziri Nikol Paşinyanın və onun Vətəndaş Müqaviləsi Partiyasının namizədi məğlub olub.

Terefsiz.az xəbər verir ki, seçkidə fəaliyyətdə olan şəhər başçısı, müxalif milyarder-deputat, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyanın nümayəndəsi Vaaqn Gevorkyan qalib gəlib.

Məlumata görə, Nikol Paşinyanın dəstəklədiyi, Kotayk vilayəti administrasiyasının sosial-iqtisadi inkişaf bölməsinin rəisi Qriqor Qulayn 8032 səs, Sarukyanın nümayəndəsi Vaaqn Gevorkyan 8441 səs toplayıb.

Seçkidən əvvəl Ermənistan KİV-i yazmışdı ki, hökumət Sarukyanın doğulub boya-başa çatdığı Abovyan şəhərində nüfuzunun olmadığını, şəhər ictimaiyyətinin onu dəstəkləmədiyini nümayiş etdirməyə çalışır: “Hakim “Mənim addımım” bloku seçkidə Sarukyanın partiyasının məğlubiyyətinə nail olmaqla onun seçicilər arasında dəstəyinin olmadığını təsdiqləməyə çalışır. Bunun üçün hakim partiya Abovyan ətrafındakı şəhərlərdəki qüvvələrini cəmləməyə başlayıb”.

Qeyd edək ki, son zamanlar hökumət Sarukyana qarşı təzyiqləri artırıb.

Terefsiz.az