Nikola Sarkozi dünya oxunun Qərbdən Şərqə doğru dəyişdiyini bəyan edir – TƏHLİL

0
208
BERLIN, GERMANY - JUNE 17: French President Nicolas Sarkozy speaks to the media with German Chancellor Angela Merkel following talks at the Chancellery on June 17, 2011 in Berlin, Germany. Merkel and Sarkozy met mainly to discuss the current Greek debt crisis that is destabilizing the Euro and sending shockwaves through global financial markets. Merkel and her finance minister, Wolfgang Schaeuble, have advocated allowing private investors to convert their holdings of Greek national debt into seven-year bonds, a move France and many other European nations strongly oppose. (Photo by Sean Gallup/Getty Images)

Sabiq Fransa Prezidenti Nikola Sarkozi etiraf edir ki, Qərb eniş dövründədir. Madriddəki Fransisko de Vitoriya Universitetində çıxış edən fransız siyasətçi qeyd edib ki, ötən əsrlər ərzində dünyanın oxu Qərbdən Şərqə doğru sürüşüb.

Bəşəriyyət üçün vacib olan bu dəyişikliyin səbəblərindən biri kimi o, həmçinin demoqrafik səbəbləri sadalayıb.

“Əsrlər boyu dünyanın oxu Qərbdən keçirdi, indi isə o, Şərqə sürüşüb. Dünyanın 7 milyard əhalisinin 4 milyardı Asiyada yaşayır. Mərkəzdə isə sadəcə, 800 milyondur”, – deyən Sarkozinin bu çıxışının videoyazısı “Mundo” qəzetinin saytında yer alıb.

Təcrübəli siyasətçi yəqin ki, Rusiya, Çin və digər Asiya dövlətləri arasında iqtisadi əməkdaşlığın artan rolunu, həmçinin Asiya qitəsində həyata keçirilən böyük nəqliyyat, enerji və infrastruktur layihələrini nəzərdə tutub.

“Qərb” anlayışının Avropaya tətbiq olunduğu təqdirdə, dünya oxunun Qərbdən Şərqə dəyişməsi bu qitənin, demək olar ki, tamamilə şərq coğrafiyasından müxtəlif boru kəmərləri ilə verilən enerji qaynaqlarından asılı olması ilə əlaqələndirilə bilər.

Asiya və planetin digər bölgələrində yaşayan planet əhalisinin nisbət faizinə gəlincə, Sarkozinin sözləri Avropa ölkələrinin milli müxtəlifliyinə də aid edilə bilər. Məlumdur ki, son on ildə “ərəb inqilabı”nın başlaması ilə start götürən miqrasiya prosesləri Avropadakı demoqrafik mənzərəni xeyli dəyişib. Nəticədə, avropalılar artıq tarixi yaşayış yerlərini müsəlman dünyasının nümayəndələri ilə bölüşmək məcburiyyətində qalırlar.

Elə Fransanın özündə fransızların faizi on illər və yüz illər əvvəl buraya köçən Şimali Afrika və Asiyadan gələn mühacirlərin nəsillərinə nisbətdə dəyişir. Müsəlman əhalinin artma tendensiyasının olduğu bu ölkədə 10-20 il sonra keçiriləcək prezident və parlament seçkilərinin nəticələrinin nə olacağı məlum deyil.

Bəlkə də Sarkozi Avropa Birliyi böhranının köhnəlmiş ideyalardan qaynaqlandığı məsələsində haqlıdır. Fransanın sabiq prezidentinin fikrincə, “27 ölkədən ibarət Avropa ola bilməz”. Bunun əvəzinə Sarkozi “dörd avropalı” görür: Şengen, avro, müdafiə və ittifaq. Buna görə də köhnə anlayışlardan imtina etməyə və “gələcək Avropa” barədə düşünməyə çağırır. Sarkozi qeyd edir ki, bu vəziyyət xüsusilə “dəlilik, dram və tarixi ziddiyyət” adlandırdığı “Brexit”ə yol açıb.

Keçmiş prezidentin sözlərinə əlavə edə bilərik ki, zaman nəinki siyasətçilərə, həm də geosiyasi və iqtisadi reallıqlara uğur gətirir. Bir zamanlar, Avropa Birliyinin yaranması bir çoxları tərəfindən Köhnə Dünya üçün bir panaseya olaraq görülürdü. Fərqli mədəniyyətləri və iqtisadiyyatları birləşdirən bir vasitə, iki dünya müharibəsindən sağ çıxan Avropanı böhrandan çıxarmalı idi.

Ümumiyyətlə, istənilən birlikdə öz maraqlarını irəli çəkən amillər olur. Avropada sosialist düşərgəsi aradan çıxdıqdan sonra ona daxil olan ölkələr Avropa Birliyinə daxil oldu. Ancaq bunların bir çoxu iqtisadi cəhətdən güclü İngiltərə, Fransa və Almaniyanın zəif əlavəsi olaraq qaldı. Buna görə Sarkozinin sözləri ilə desək, 27 ölkədən ibarət vahid Avropanın mümkün olmaması ilə bağlı bir həqiqət var. Əlbəttə, onlardan hər birinin AB-nin ümumi qəbul edilmiş maraqlarından fərqli maraqları olar bilər. Bundan əlavə, Brüsselin bürokratik əngəlləri əsasən bir sıra Avropa ölkələrinin inkişafını məhdudlaşdırır.

Sarkozi Avropanı “dəyişən dünyada hərəkətsiz olmağa” çağırdıqda, çox güman ki, Avropa siyasətçilərinin ağlına və istəklərinə getdikcə hakim olmağa çalışan Köhnə Dünyanın Vaşinqtonun xarici siyasətindən və iqtisadi maraqlarından daha az asılı olmasını arzulayır.

Fransız siyasətçi prezident seçilməsini Qərbin tənəzzül simptomlarından biri hesab etdiyi ABŞ Prezidenti Donald Tramp haqqında da yüksək fikirdə deyil.

Sarkozinin sözlərinə görə, o, ABŞ-ı “yol göstərən” güc kimi görməyi sevir. Lakin “hesab etmir ki, “Twitter”dəki postlar kimisə güclü edə bilər”.

terefsiz.az