Nisə Qasımovadan tənqidi açıqlama

0
216

“Libaslarımın qiymətini demirəm. Özümü elə tanıtmaq istəmirəm. 5 manatlıq parçadan da gözəl libas tikmək olar. Əsas onu təqdim etməkdir. Qiymət heç nəyi ifadə etmir”.

Terefsiz.az saytının məlumatına görə, bu sözləri Xalq artisti Nisə Qasımova “Şou news” verilişində deyib. Müğənni avtomobilini, evini reklam edənləri qınayıb. Qasımova müğənni Aytac Vidadiqızının bahalı avtomobili ilə öyünməsini isə tənqid edib:

” Təkəbbürlü olmaqdan acığım gəlir: paltar, maşınla öyünürlər. Maşınların kralı olub məndə, heç vaxt dilə gətirməmişəm. Çəkilişdən də qaçmışam. Heç adlarını da bilmirəm. Deyirlər ki, dəridən-qabıqdan çıxacam, kimsə mənə “Galendewagen” alsın. Heç bilmirəm ki, o, necə maşındı, neçə qapısı var. Vidadi Bərdəlinin qızı yaxşı oxuyandı. Yəqin kimsə onu özündən çıxarıb, o da danışıb. Bunları deməsələr yaxşıdır “.

Terefsiz.az