Terefsiz.az saytı xəbər verir ki, iki gün öncə Norveçdə məscidə silahlı hücum etmiş şəxs – Filip Manshaus baş verənləri “GoPro” kamerası ilə çəkibmiş.
Bu barədə yerli NRK kanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Hadisə yerindən çəkilən kadrlar istintaq üçün vacib dəlilə çevrilib. İstintaqı aparan prokuror Pol-Fredrik Yort Krabyu jurnalistlər üçün keçirilən konfransda qeyd edib ki, hazırda əldə olan videomaterial ciddi fakt kimi təhlil olunur.
Qeyd edək ki, avqustun 10-da Norveçin paytaxtı Osloda yerləşən məscidə edilən silahlı hücum zamanı bir nəfər həlak olmuşdu.
Terefsiz.az