TEREFSİZ.AZ saytı xəbər verir ki, son günlər insanlar Novxanıda heykəllərlə bəzədilmiş evin şəkillərini çəkib paylaşırdı. Lakin heç kim evin kimə məxsus olduğunu bilmirdi. Bilmək istəyənlərin üzünə isə həmin evin qapısı açılmırdı.
Amma bu, heç də asan olmadı. Nəhayət, evin sahibi Bəxtiyar bəy artıq öz evi haqqında olan söz-söhbətlərdən yorulduğunu qeyd edib.
Ev isə sözün əsl mənasında saraydır. Buraya muzey də demək olar. Ən azından evdə bir tarix yatır, dünyaca məşhur rəsm əsərləri ilə evi bəzəyən Bəxtiyar bəy bunun da səbəblərini açıqladı.