Nümayəndələr Palatasından Trampa şok: Bu qərar qəbul edildi

0
113

ABŞ Nümayəndələr Palatasında Prezident Donald Trampın İrana qarşı birtərəfli qaydada hərbi əməliyyat tətbiq etmək hüququnu məhdudlaşdırmaqla bağlı səsvermə keçirilib.

Terefsiz.az Vestikavkaza.ru-ya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 224, əleyhinə 194 nəfər səs verib.

Nümayəndələr Palatasında qəbul edilən bu layihə Senata göndərilib.

Qeyd edək ki, qanun layihəsinin müəllifi əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsində analitik kimi işləmiş və hazırda Nümayəndələr Palatasının üzvü Elissa Slotkindir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın hava hücumları nəticəsində iranlı general Qaısm Süleymani Bağdadda öldürülüb. Bununla da iki ölkə arasında gərginliklər yaşanıb.

istinad:oxu.az