Nura oğlunu evləndirir: “Artıq qayınanayam”

0
214

Müğənni Nura Suri aparıcısı Vüsalə Əlizadə olan “7 canlı” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı bu yaxınlarda qayınana olacağını deyib:

“Demək olar ki, artıq qayınana olmuşam. Bir çoxları oğlum Davidi görür, elə bilir ki, uşaqlarım balacadır. Mən çox erkən ailə qurmuşam. Camaat rəfiqələri ilə oynayanda, universitetdə oxuyanda mən uşaq bələyirdim. Böyük oğlumun artıq 24 yaşı var”.

Nura Suri aparıcının “İstəmirdin. Deyirdin ki, bəlkə o qızı almadım” replikasına isə belə cavab verib:

“Məndən soruşan olmadı. Dedi ki, bəyənsən də, bəyənməsən də, seçimim budur. Uşaqları elə böyütmüşəm ki, öz seçimlərini sərbəst edə bilirlər. Oğlum öz ayaqları üzərində durmağı bacarır. 16 yaşında xaricə göndərmişəm, orada təhsilini davam etdirib. İşləyir, pul qazanır. Öz istədiyi xanımla evlənir, hər şeyi öz pulu ilə edir. Mən nə deyə bilərəm?”

istinad:oxu.az