Terefsiz.az saytı xəbər verir ki, Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov bir neçə gün əvvəl gündəmə çevrilmiş Konor Makqreqorun barda qoca kişini döyməsi hadisəsinə münasibət bildirib.
H.Nurməhəmmədovun fikrincə, belə hərəkətlərə görə həbs etmək lazımdır.
İdmançı TMZ Sports-a açıqlamasında rəqibinin bu cür hərəkətlərinin idmana ziyan vurduğunu da qeyd edib.
“Belə adamlar həbsxanada olmalıdırlar. Onun nə ustalığı var, nə də hörməti. Bu, idman üçün çox pisdir. Doğrudur, onun bəzi hərəkətləri idman üçün xeyirlidir, amma bunlar yox. O, dəli olur. Bu dəlilikdir. Bu gün o, qocanı döyür, sabah nə edəcək?”, – deyə Həbib fikirlərini bildirib.
Qeyd edək ki, Konor Dublin barlarından birində dincələrkən oradakı müştərilərin hamısını viskiyə qonaq edib. Yaşlı müştərilərdən biri isə viskinin dadına baxmaqdan imtina edib. Bunu görən UFC çempionu qocanı döyüb. Hadisənin videoyazısı bu həftə dünya KİV-də yayımlanıb.
Terefsiz.az