Nəqliyyat vasitələrinin tıxacı aradan qaldırılacaq.

0
742
TEREFSİZ.AZ saytı xəbər verir ki, yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatda bildirilib.
Xəbərə görə, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb:

“Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyə dönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər”.

Qeyd edilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

 

terefsiz.az