Terefsiz.az saytı xəbər verir ki, ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi İngiltərəyə geri dönüb.
33 yaşlı forvard Çempionu təmsilçisi “Derbi” ilə 1,5+1 illik müqavilə bağlayıb. İngiltərə millisinin sabiq futbolçusu komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək. O, “Derbi”yə 2020-ci ilin yanvar ayında qoşulacaq.
“Derbi”ni hollandiyalı mütəxəssis Filipp Koku çalışdırır. Ötən mövsüm baş məşqçi funksiyasını yerinə yetirən Frenk Lempard “Çelsi”nin “sükanı arxası”na keçib.
“Everton”un yetirməsi 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Təcrübəli hücumçu 2018-ci ildə “Everton”dan “Di Si Yunayted”ə üz tutmuşdu. Runi MLS klubunda 44 oyuna 23 qol vurub.
Terefsiz.az