Odessada kollecdə baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb

0
209

Ukraynanın Odessa şəhərində kollecdə baş vermiş güclü yanğında ölənlərin sayı 13-ə çatıb.

Terefsiz.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, xilasedicilər dağıntıların təmizlənməsi zamanı daha bir meyit aşkarlayıblar.

“Yanğın nəticəsində ümumilikdə 13 nəfər həlak olub”, – xəbərdə deyilir.

Hazırda xəstəxanalarda yanğın zamanı xəsarət çalmış səkkiz nəfər müalicə olunur.

Ukrayna prezidenti Vladimir Zelenski Odessanın müvafiq orqanlarına yanğında zərər çəkənlərə kömək üçün bütün zəruri yardımları etməyi və faciənin başvermə şəraitini qısa zamanda aydınlaşdırmağı tapşırıb.

istinad:report.az