Oğuzda meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb

0
205

Oğuz rayonunda meşə ərazisində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

“Terefsiz.az”ın məlumatına görə, meyit Tayıflı kəndi inzibati ərazisində aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tənha yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Hazırda fakt araşdırılır.

terefsiz.az