Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Terefsiz.az -ın məlumatına görə, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeytiyyat nişanlı “Hyundai” markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən, idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 50-60 yaşlarında şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər -Bakı şəhər sakinləri: bir ailənin üzvləri- 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
İstinad: Report.az
Terefsiz.az