Şotlandiya sahillərində tapılan ölü kaşalotun qarnından 100 kiloqram müxtəlif məişət tullantısı çıxıb.
Terefsiz.az xəbər verir ki, qasırğa 13 metrlik balinanı Harris adası yaxınlığında dayazlıqa tullayıb. Heyvan dayaz suda 2 saat can verib.
Hadisə yerinə gələn mütəxəssislər tədqiqat apararaq kaşalotun qarnını yarıblar. Oradan balıq torları, şlanqlar, plastik qab-qaşıq çıxıb, zibilin ümumi çəkisi isə 100 kiloqram olub.
Ehtimal olunur ki, bunlar okeana balıq gəmilərindən tökülüb.
Alimlərin fikrincə baş verən anoloji tapıntılar dünya okeanının təhlükədə olduğunu göstərir.