Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Terefsiz.az saytı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə rusiyalı Axmed Maqomadovla üz-üzə gəlib. Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb.
81 kq-dakı Məhərrəm İmamverdiyev isə bürünc medal əldə edib. O, üçüncü yer uğrunda dueldə israilli İftaç Badaşdan güclü olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Beləliklə, çüdoçular fərdi mübarizədə EYOF-u 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
İyulun 27-də cüdo idman növündə komanda yarışları baş tutacaq.
Terefsiz.az