Olimpiya festivalı: Gimnastımız fəxri kürsüdə

0
179

İdman gimnastımız Səməd Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.

Terefsiz.az saytı xəbər verir ki, o, dəstəli atla hərəkətdə 13. 600 xal toplayıb. Məmmədli, sərbəst hərəkətlərdə 13,733 xalla 6-cı yeri tutub. 

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növündə EYOF tarixində qazandığı ilk medaldır.

Terefsiz.az