Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin Təşkilat Komitəsinə ötürülmə prosesi martın 19-da bağlı qapılar arxasında baş verəcək.
“Report”un Yunanıstan Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar azarkeşlər və jurnalistlər prosesi izləməyə buraxılmayacaqlar.
Tokio-2020 Olimpiadası 24 iyul – 9 avqustda keçirilməlidir. Epidemiya üzündən bir sıra tədbirlər ləğv olunub və ya təxirə salınıb.
Lakin Oyunların təxirə salınacağına dair xəbərlər hələ yoxdur.
istinad:oxu.az