Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı.

0
3064

Azərbaycanda koronavirusla bağlı 10 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

TEREFSİZ.AZ saytı  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 5015 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 790 min 141-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 252, süni tənəffüs cihazında olan xəstə sayı 49 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib. Aktiv xəstə sayı 2513 nəfərdir.

Azərbaycanda koronavirusla bağlı son durum